Donald Tramp İranla bağlı qərar verməyə tələsmir.
Globalinfo.az-ın xəbərinə görə, bu barədə ABŞ prezidenti özü açıqlayıb.
O bildirib ki, ABŞ Hörmüz boğazında gəmiçiliyin bərpasını istəyir və Tehranla yenidən razılıq əldə etməyə çalışacaq.
Tramp həmçinin Benyamin Netanyahunun Vaşinqtonun İran siyasətini dəstəkləyəcəyini vurğulayıb.
Bu arada İran parlamentinin sədri Məhəmmad Baqir Qalibaf ABŞ-ı yeni müharibəyə hazırlaşmaqda ittiham edib. Onun sözlərinə görə, İran Silahlı Qüvvələri atəşkəs dövründə imkanlarını gücləndirib və bütün ssenarilərə hazırdır.
Əliyar Xəlil