Argentinanın keçmiş prezidenti Kristina Fernandes de Kirşner Ukrayna lideri Volodimir Zelenskini hazırkı dövlət başçısı Xavyer Miley ilə müqayisə edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Kirşner sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Mileyin ABŞ-la münasibətlərə verdiyi önəm onu Zelenski ilə eyni mövqeyə gətirir:
“Oval kabinetdə Zelenskinin təlxət kimi əksini gör və artıq lazım olmadıqda onun başına nələrin gəldiyini düşün”, – paylaşımda qeyd olunub.
Xatırladaq ki, X.Miley 2023-cü il dekabrın 10-da vəzifəsinin icrasına başlayıb. O prezident postuna gəldikdən sonra ABŞ-a 10 dəfə səfər edib.














