1736340672.1613979404583 QOhKUbR8

Ermənistan 102-ci bazanın ölkədən mümkün çıxarılması barədə məsuliyyəti Rusiyanın üzərinə atmağa çalışır.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin bildirib.

Diplomat qeyd edib ki, rəsmi İrəvanın nümayəndələri vəziyyəti elə təqdim etməyə çalışırlar ki, guya Ermənistandakı Rusiya hərbi bazasının gələcəyi ilə bağlı müzakirələrə məhz Moskva təşəbbüs göstərib.

“Bazanın mümkün çıxarılması ilə bağlı məsuliyyəti Moskvanın üzərinə atmaq cəhdləri mövcud Ermənistan siyasi təfəkkürünün maraqlı bir xüsusiyyətini əks etdirir. İrəvandakı hakim elita çox vaxt ən mühüm qərarların kənar oyunçular tərəfindən qəbul edilməsini gözləyir”, – deyə Kaluqin bildirib.

Paylaş: