1735636329 kilian mbappe01 1

“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappenin Madrid klubundan ayrılmaq qərarına gəldiyi ilə bağlı iddia ortaya atılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Fransua Qalyardo “X” hesabında paylaşım edib. 

Onun iddiasına görə, “Real Madrid”dəki vəziyyətdən narazı qalan 27 yaşlı futbolçu 2027-ci ilin yayında komandanı tərk etməyi planlaşdırır. Qalyardo qeyd edib ki, İspaniya nəhəngi Mbappenin ayrılmasına qarşı çıxmayacaq.

Jurnalistin sözlərinə əsasən, fransalı forvard karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Hazırda onun hansı klubun formasını geyinəcəyi açıqlanmayıb.

Paylaş: