irevan moskva scaled 1

Ermənistanın Rusiya ilə münasibətlərdəki müttəfiqlik statusunu yenidən nəzərdən keçirməsi və təchizatın “şaxələndirilməsi” cəhdləri İrəvana baha başa gələ bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kalujin bəyan edib.

Rusiya rəsmisi qeyd edib ki, əgər Ermənistan rəhbərliyi xarici siyasətini dəyişmək və mövcud statusu yenidən nəzərdən keçirmək istəyirsə, bu, onların suveren hüququdur: Lakin bu halda Moskvanın yalnız müttəfiqlərinə verdiyi imtiyazlardan, o cümlədən güzəştli qaz qiymətlərindən də imtina etməli olacaqlar.

Kalujinin sözlərinə görə, Ermənistanın tamamilə bazar qiymətlərinə keçməsi ölkə büdcəsinə əlavə və ağır yük yaradacaq. Çünki İrəvanın digər təchizatçılardan oxşar sərfəli şərtlərlə qaz əldə etməsi demək olar ki, mümkünsüzdür.

O həmçinin əlavə edib ki, Avropa İttifaqının Ermənistana təklif edəcəyi maliyyə dəstəyi əsasən kredit xarakterli ola bilər. Bu da respublikanın ümumi borc yükünü daha da artıracaq.

Əliyar Xəlil,
Globalinfo.az

Paylaş: