Ermənistanın Baş naziri Nikol Paşinyan TRIPP layihəsinin həyata keçirilməsinin regional kommunikasiyaların tam açılması ilə birbaşa əlaqəli olduğunu vurğulayıb.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Ermənistan-Britaniya biznes forumunda çıxışı zamanı deyib.
“TRIPP layihəsinin inkişafı ilə paralel olaraq Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan dəmir yolu xətlərinin bərpa olunacağını gözləyirik. Bu, Fars körfəzini Qara dənizlə birləşdirən vahid və kəsintisiz bir marşrut yaradacaq”, – hökumət başçısı bildirib.
Paşinyanın sözlərinə görə, TRIPP logistika konsepsiyası yalnız yollarla məhdudlaşmır. Layihə çərçivəsində İrəvan regionu vahid enerji və rəqəmsal mərkəzə çevirəcək magistral qaz boru kəmərlərinin, elektrik xətlərinin və optik lif kabellərinin çəkilməsi ilə bağlı əsaslı danışıqlar aparır.
Tahir Turan
Globalinfo.az