zelenski 23 900x600 1

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın mümkün genişmiqyaslı hücumuna hazırlıqla bağlı yenilənmiş kəşfiyyat məlumatlarının əldə edildiyini bildirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Ukrain” məlumat yayıb. Onun sözlərinə görə, Kiyev mümkün zərbələrə qarşı cavab tədbirləri hazırlayır.

Verilən tapşırıqların əksəriyyəti üzrə icra müddətləri müəyyənləşdirilib, prioritet hesab olunan tədbirlərin bir hissəsi isə artıq həyata keçirilir.

“Bu gün Rusiyanın genişmiqyaslı hücumuna hazırlıq barədə yenilənmiş kəşfiyyat məlumatları aldıq. Cavab tədbirləri hazırlayırıq”, – Zelenski bildirib.

Tahir Turan
Globalinfo.az

Paylaş: