ABŞ-ın Arkanzas ştatında uzun illərdir almaz axtaran Cek Piradin çəkisi 6,03 karat olan qiymətli daş aşkarlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb.
12 ildən çoxdur almaz axtarışı ilə məşğul olan Piradin bu dəfə Viskonsin ştatından olan dostu Maykl Şumaxerlə birlikdə “Almazlar krateri” dövlət parkında olub. 1972-ci ildən etibarən həmin ərazidə 37 mindən çox almaz aşkar edilib.
6,03 karatlıq almaz parkda bu il ərzində aşkarlanan ən böyük tapıntı olub. Piradinin sözlərinə görə, kolleksiyaçılar daşı 1 milyon dollaradək qiymətləndiriblər. Lakin Litl-Rok şəhərindən olan peşəkar qiymətləndirici Laura Stenli fərqli fikir bildirib. Onun qənaətinə əsasən, belə keyfiyyətli sarı almazın dəyəri təxminən 250 min dollar ola bilər.
Bayden Netanyahu ilə danışdı – Bu məsələləri müzakirə etdilər / YENİLƏNİB
Qeyd edək ki, ABŞ tarixində ən böyük almaz kimi tanınan 40,23 karatlıq “Dayı Sem” adlı daş da 1924-cü ildə məhz bu ərazidə tapılıb.
Cek Piradin isə tapdığı almazın satışından əldə ediləcək gəliri Maykl Şumaxerlə bölməyi və gələcəkdə kristalların çıxarılması ilə məşğul olan öz mədənini yaratmağı planlaşdırır.
Park rəhbərliyinin məlumatına görə, ərazidə hər gün orta hesabla 1-2 almaz tapılır və bu yolla varlanan xeyli insan var.
Tahir Turan
Globalinfo.az