1021106 src


Türkiyə yaxın həftələrdə Səudiyyə Ərəbistanına əlavə hərbçi və hərbi texnika göndərməyi planlaşdırır.

Globalinfo.az xəbər verir ki, bu barədə “Middle East Eye” nəşri məlumat yayıb.

Ankara bununla krallığın hava hücumlarından və digər təhdidlərdən müdafiəsini gücləndirməyi hədəfləyir.

Məlumata görə, Səudiyyə Ərəbistanına əlavə hərbi avadanlıq, texniki heyət, fövqəladə hallar qrupları və onları müşayiət edən hərbçilər göndəriləcək.

Türkiyənin ən azı bir komanda məntəqəsində hərbi qüvvə yerləşdirəcəyi bildirilir.

Mənbələr Türkiyənin xüsusi təyinatlı qüvvələrinin, pilotlarının və hərbi təyyarələrinin də krallığa göndərilə biləcəyini istisna etməyib.

Bununla belə, Ankara Yəməndəki vəziyyətə birbaşa müdaxilə etmək niyyətində olmadığını və diplomatik səylərə üstünlük verdiyini açıqlayıb.

Artıq Səudiyyə rəsmilərinə yaxın mənbələr də sözügedən iddianı təsdiqləyiblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: