Parisdə keçirilən tələbə nümayişinin iştirakçıları Volter Bulvarı ərazisindəki ofisləri və mağaza vitrinlərini sındırırlar.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
İğtişaşların etirazçılarla polis arasında şiddətli toqquşmalarla müşayiət olunduğu bildirilir. Nümayişçilər təhlükəsizlik qüvvələrinə daş atırlar, təhlükəsizlik qüvvələri isə gözyaşardıcı qazla cavab verir.
Fransa Prezidenti Emmanuel Makron ölkədəki etirazlarla bağlı vəziyyəti həll etmək üçün bir neçə nazirin iştirakı ilə təcili iclas keçirib.
Əliyar Xəlil