Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşmək üçün Moskvaya səfəri ilə bağlı hələlik konkret razılaşma əldə olunmayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
Uşakovun sözlərinə görə, Paşinyanın Moskva və ya başqa bir şəhərdə Putinlə görüşmək niyyətində olduğu məlumdur, lakin səfərlə bağlı konkret razılaşmalar hələ əldə edilməyib.
O, bu məsələ ilə bağlı diplomatik təmasların belə keçirilmədiyini qeyd edib.
“Paşinyanın Moskvaya və ya başqa bir şəhərə səfər etməyi və prezidentimizlə görüşməyi planlaşdırdığı yaxşı məlumdur. Lakin konkret razılaşmalar hələ əldə edilməyib. Açığını desəm, bununla bağlı hələ diplomatik təmaslar da olmayıb”, – Uşakov vurğulayıb.
Rusiya prezidentinin köməkçisi əlavə edib ki, Paşinyanla Putinin Türkmənistanda keçiriləcək tədbirlər çərçivəsində görüşü də hazırda planlaşdırılmır.
Əliyar Xəlil