Argentina millisinin kapitanı Lionel Messi yığma komandadakı son oyunundan əvvəl sosial şəbəkə hesabında diqqətçəkən paylaşım edib.
Globalinfo.az xəbər verir ki, Messi oktyabrın 6-dan 7-nə keçən gecə Benin yığmasına qarşı keçiriləcək qarşılaşma öncəsi milli karyerası ilə bağlı bəyanat yayıb.
Messinin bəyanatında deyilir:
“Artıq həmin vaxt gəlib çatdı. Mən əlimdən gələni edib rahatlıqla ayrılıram. Bu köynək uzun illər boyu mənim arzum, qürurum və həyatım idi. Məni bu qədər çox sevdiyiniz üçün təşəkkür edirəm. Siz həmişə mənimlə olacaqsınız.”