4bi3e9uidjbfpy4ogighxhbrbmxbj0sydlai0s1h 1200 1

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyununda Yaponiyanın U-20 millisi ilə üz-üzə gəlib.

Globalinfo.az xəbər verir ki, Qəbələ şəhər stadionunda baş tutan qarşılaşmanın əsas vaxtı qolsuz bərabərliklə yekunlaşıb.

Qalibi müəyyənləşdirmək üçün əlavə vaxt oynanılmadan birbaşa penaltilər seriyasına keçilib. Burada daha dəqiq oynayan (5:4) Ruy Jorjenin baş məşqçisi olduğu təmsilçimiz qələbə qazanıb.

Qeyd edək ki, Azərbaycanın U-20 komandası ilk yoxlama matçında Moldovaya 0:1 hesabı ilə uduzub.

Paylaş: