İspaniyada parlament hökumətin mənzil böhranının həlli ilə bağlı təkliflərini rədd edib.
Globalinfo.az xəbər verir ki, ölkənin Baş naziri Pedro Sançes isə mübarizəni davam etdirəcəklərini açıqlayıb.
“Konqres küçələrdə baş verənlərə göz yumanda hökumət kənarda qala bilməz. Biz təslim olmayacağıq. Səlahiyyət müddətimizin son dəqiqəsinə qədər mənzil probleminin həlli kimi mühüm məsələlər üçün əlimizdən gələni edəcəyik”, – deyə Sançes bildirib.
Baş nazir vurğulayıb ki, mənzil problemi yalnız vətəndaşlara ev almaq üçün yardım göstərməklə həll edilə bilməz. Hökumət eyni zamanda münasib qiymətə mənzil təklifini çoxaltmağı və kirayə haqlarının artımını məhdudlaşdırmağı planlaşdırır.
“Biz ideoloji məsələdən yox, humanizmdən danışırıq”, – deyə Sançes deputatları yeni qərar layihələrini dəstəkləməyə çağırıb.
Əliyar Xəlil