a0b83c02158860700787656275710022403

Qazaxıstandan sonra Türkmənistan da Kipr Respublikasında səfirlik açıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik Türkiyə” məlumat yayıb.

Rəsmi Aşqabat artıq Kiprə Toyly Komekovu səfir təyin edib. Respublikanın xarici işlər naziri türkmən səfirlə bir araya gəlib və görüşdən foto paylaşıb. O bu addımı “iki ölkə arasındakı münasibətlərdə dönüş nöqtəsi” adlandırıb.

Türk dünyasında Şimali Kiprlə Türk Cümhuriyyəti ilə bağlı gərginliyin artdığı bir zamanda Türk Dövlətləri Təşkilatının (TDT) müşahidəçi üzvü olan Türkmənistanın bu qərarı birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Qazaxıstan da ötən ay Kipr Respublikasında səfirlik açıb və bura nümayəndə təyin edib. Bu ölkə TDT-nin tamhüquqlu üzvüdür.

1095080046 17 0 577 315 1920x0 80 0 0 8d033e48b93a5b9fb1d4ac43e8c67eb4.jpg

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: