1677926937 1677926924 1677876195 zelzele

İran Xuzistan vilayətində baş verən 5,2 bal gücündə zəlzələ nəticəsində xəsarət alanlar var.

Globalinfo.az bildirir ki, zəlzələ nəticəsində 15 nəfər xəsarət alıb. Zəlzələ ilə əlaqədar 2 kəndin yolu bağlanıb.

Qeyd edək ki, bu gün səhər saatlarından indiyə qədər Xuzistanda baş verən zəlzələnin afterşoklarının sayı 11-ə çatıb.

***09:26

İranın qərbində İraqla sərhəd yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib.

Zəlzələnin hiposentri yerin 10 km dərinliyində olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.

Paylaş: