6737cda8076266737cda80762717317103766737cda8076246737cda807625

Rusiyanın xarici işlər naziri Sergey Lavrov G20 sammitində Fransa prezidenti Emmanuel Makronla görüşdüyünü və onunla əl sıxdığını təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, Lavron bu addımın bir-birini tanıyan insanlar üçün normal olduğunu qeyd edib.

Lavrov bildirib ki, BRİKS ölkələri G20-də öz təsirlərini artırır.

Təmsil etdiyimiz ölkələr arasında ziddiyyətin olmasına rəğmən biz bir-birimizi tanıyırıqsa və xüsusən ictimai yerdə qarşılaşırıqsa, o zaman salamlaşmalıyıq. Bu, normal bir addımdır. Hesab edirəm ki, bir çox Avropa liderlərinin Rusiya nümayəndələrini dəhlizdə və kənarda gördükdə, yaxud fotoşəkil çəkdirərkən onlardan qaçması anormaldır”, – deyə Lavrov vurğulayıb.


Müşviq Tofiqoğlu
Globalinfo.az

 

Paylaş: