Osmanlı sülaləsinin yaşayan nümayəndələrindən olan şahzadə Orxan Osmanoğlu imperiyanın sonuncu sultan 6-cı Məhməd Vahidəddinin nadir rəsmini satışa çıxarıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, feysbuk hesabında paylaşım edib.
“Bu əsər özəl kolleksiyamızdan satışa çıxarılıb”, – yazıb.
O.Osmanoğlu bildirib ki, foto “Osmanoğlu yardımlaşma və dayanışma” dərnəyinə dəstək üçün satışa çıxarılıb.
Qeyd edək ki, 6-cı Məhməd Vahidəddin Osmanlı imperiyasının 36-cı və sonuncu sultanıdır. 4 iyul 1918-19 noyabr 1922-ci illər ərzində hakimiyyətdə olmuş Sultan Vahidəddin 16 may 1926-cı ildə İtaliyanın San-Remo qəsəbəsində vəfat edib.
Turan Rzayev
Globalinfo.az