Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov şikayətlər daxil olan 3 dairə ilə bağlı araşdırmaların aparılacağını bildirib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, araşdırma aparılması üçün 22, 31, 78 saylı seçki dairələrinə müşahidəçilər, namizədləri, səlahiyyətli nümayəndələri və media nümayəndələri dəvət edilib.
Qeyd edək ki, 22 saylı Nəsimi-Yasamal seçki dairəsində Asim Mollazadə, 31 saylı Suraxanı ikinci seçki dairəsində Qaya Məmmədov, 78 saylı Lənkəran kənd seçki dairəsində isə Anar İsgəndərov qalib gəlib.