Imangali Tas 600x400 1

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov dekabrın 21-də İrəvana səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

İ.Tasmaqambetovun səfər çərçivəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyi bildirilir.

Görüş zamanı cari ilin noyabr ayında Minskdə keçirilən KTMT-nin xarici işlər nazirlərinin sammitinin nəticələrinin müzakirə olunacağı qeyd edilib.

Qeyd edək ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyan yerli İctimai televiziyaya müsahibəsində KTMT-ni sərt tənqid etmişdi.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: