Zaxarova 1132

“Almaniya xarici işlər naziri Yohann Vadeful Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Nyu-Yorkda danışıqlar aparmaq istəyib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, sözügedən addımı Almaniya kansleri Fridrix Mertzin aşağı düşən reytinqini düzəltmək cəhdi kimi qiymətləndirib.

Diplomat bildirib ki, görüş zamanı baş verən və “kağızdan mətn oxumağa” çevrilən danışıqların əsas məqsədi Berlinin diplomatik fəaliyyətdə olduğunu alman ictimaiyyətinə nümayiş etdirmək ola bilər.

Qeyd edək ki, Sergey Lavrov sentyabrın 26-da Nyu-Yorkda Almaniyanın xarici işlər naziri Yohann Vadefulla görüşüb. Rusiya və Almaniya xarici işlər nazirlərinin 2022-ci ildən bəri ilk görüşü iki ölkə arasında münasibətlərin gərginləşdiyi bir vaxtda baş tutub.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: