qalibaf 1 900x600 1

İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf Prezident Məsud Pezeşkiana məktub göndərərək hökumətin qanunla müəyyən edilmiş müddətləri dəyişdirmək və ya uzatmaq səlahiyyətinin olmadığını bildirib.

Globalinfo.az xəbər verir ki, “Tasnim” agentliyinin məlumatına görə, məktub Nazirlər Kabinetinin müharibə şəraitinin yaratdığı zərurətlərlə əlaqədar qanun və qaydalarda nəzərdə tutulan müddətlərin uzadılması barədə qəbul etdiyi qərardan sonra göndərilib.

Qalibaf məktubunda vurğulayıb ki, qanunvericiliklə müəyyən edilmiş müddətlərin dəyişdirilməsi yalnız parlamentin səlahiyyətindədir.

O bildirib ki, hökumətin bu istiqamətdə ayrıca qərar qəbul etməsi qanunvericiliklə müəyyən edilmiş səlahiyyətlərin aşılması hesab olunur.

Parlament sədrinin mövqeyinə görə, Nazirlər Kabinetinin müddətləri birtərəfli qaydada uzatması qanuni prosedurlara uyğun deyil və belə dəyişikliklər yalnız qanunverici orqanın qərarı ilə həyata keçirilə bilər.

Tahir Turan
Globalinfo.az

Paylaş: