Rusiya XİN rəhbəri Sergey Lavrov BMT Baş Assambleyasının iclasında çıxışı zamanı Moskvanın Venesuela Prezidenti Nikolas Maduronun dərhal azad olunmasını və belə insidentlərin təkrarlanmamasını tələb edib.
Globalinfo.az xəbər verir ki, Lavrov İranın ali lideri Əli Xameneinin və digər rəsmilərin öldürülməsini güc diktəsinin qəbuledilməz təzahürü adlandırıb.
O, Hörmüz boğazı ətrafındakı vəziyyətin həlli üçün ərəb ölkələri ilə İran arasında etimadın bərpasının vacib olduğunu deyib.
Lavrov həmçinin Fələstinin dövlətçiliyinin təmin olunması vaxtının çatdığını bildirib və Kubaya qarşı blokadanın aradan qaldırılmasına çağırıb.
Ukraynadakı müharibəyə toxunan Lavrov Rusiyanın həqiqət və ədalət uğrunda mübarizəsini sona çatdıracağını deyib. Onun sözlərinə görə, Avropa Ukrayna üzrə sülh danışıqlarının perspektivini pozmaq üçün addımlar atır.
Rusiya XİN rəhbəri, həmçinin Almaniya və Yaponiyanın BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmasına qarşı çıxdıqlarını, Hindistan və Braziliyanın namizədliyini isə dəstəklədiklərini açıqlayıb.
Əliyar Xəlil