Zəngəzur Azərbaycana belə veriləcək – Erməni ekspert bənd-bənd yazdı

Ermənistan rəhbərliyi Azərbaycana İran ətrafında kəskin situasiyanın yarandığı dönəmdə Bakının Zəngəzuru götürməsi üçün şərait yaradır.

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Alen Gevondyan deyib.

“Erməni baş nazir həmin vaxt deyəcək ki, bizi onu saxlaya bilmədik, Rusiya özünün müttəfiqlik öhdəliklərini yerinə yetirmədi və ona görə də biz baş verənlərlə razılaşmalıyıq. Nəticədə o qarşısına qoyulan hədəfin öhdəsindən tam gələcək:

– Azərbaycana vəd etdiyi kimi dəhliz verəcək;

– İran qarşısında özünə haqq qazandıracaq ki, mən onu saxlamaq gücündə deyildim, sən isə öz təhlükəsizliyinlə məşğul idin;

– Erməni ictimaiyyətinə elan edəcək ki, biz gərginliyə getmədik, çünki minlərlə insan ölə bilərdi, həmçinin ruslar da bizi satmışdı;

– türklərə deyəcək ki, istədiyini hər şeyi verdim, indi isə mənim yanımda dayanın;

– ABŞ və AB-yə isə mən bütün vədləri icra etdim, yalnız 102-ci baza qalır, bunun üçün vabanka getməliyəm. Mənim yanımda yer alırsınız? Axı ruslar dəqiq formada izah ediblər ki, biz heç hara getməyəcəyik”, – o bildirib.

İlkin Həsənov
Globalinfo.az