silah

Ukrayna ordusu texnika çatışmazlığı səbəbindən evdə hazırlanmış zirehli texnikalardan istifadə edir.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin “Şimal” qoşun qruplaşmasının pilotsuz sistemlər taqımının komandiri, “Şmel” (Arı) çağırış adlı hərbçi “RİA Novosti” agentliyinə bildirib.

“Ukrayna hərbçiləri Xarkov vilayətində texnika çatışmazlığı səbəbindən minik avtomobillərindən kustar üsulla yenidən düzəldilmiş yolsuzluq avtomobillərindən və zirehli texnika əvəzinə istifadə olunan nəqliyyat vasitələrindən yararlanırlar”, – deyə o deyib.

Rusiya zabitinin sözlərinə görə, yük və şəxsi heyət daşıyan bu cür kustar üsulla hazırlanmış zirehli avtomobillər FPV-dronların cəmi iki zərbəsi ilə asanlıqla məhv edilir.

“Şmel” əlavə edib ki, payızın əvvəlindən etibarən “Şimal” qoşun qruplaşmasının dron operatorları Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus 100-dən çox baqqi və xüsusi təyinatlı nəqliyyat vasitəsini məhv ediblər.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: