WhatsApp Image 2025 01 26 at 15.55.46

“Prezidentin tanışları var, amma dostları yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Prezidentin çətin ki, dostları olsun. Mənim üçün çox işlər görmüş tanıdığım insanlar var. Mən bunu unutmuram. Ola bilsin, hansısa prezidentin dostları var. Mən özüm haqqında danışıram. Bilirsiniz, dostlar zaman keçdikcə səndən çox şey tələb etməyə başlayırlar. Guya dostdurlar və sair. Sonra isə başqalarının hesabına onlar üçün nəsə etməli olursan. Bu isə korrupsiyaya gətirib çıxarır”, – deyə dövlət başçısı bildirib.

Lukaşenko vurğulayıb ki, belə vəziyyət onun üçün qəbuledilməzdir.

Onun sözlərinə görə, yalnız yaxşı tanışları var.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: