Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, onun dostları yoxdur, yalnız yaxşı tanıdığı insanlar var.
Globalinfo.az xəbər verir ki,onun sözlərinə görə, dövlət başçısının dostlarının olması zamanla korrupsiya üçün zəmin yarada bilər.
“Prezidentin yəqin ki, dostları olmur. Mənim üçün çox iş görmüş insanlar var və bunu unutmuram. Amma dostlar zaman keçdikcə səndən daha çox şey tələb etməyə başlayırlar. Nəticədə başqalarının hesabına onlar üçün nəsə etməli olursan. Bu isə korrupsiyaya gətirib çıxarır”, – deyə Lukaşenko bildirib.
Belarus lideri belə münasibətləri qəbuledilməz saydığını vurğulayıb. Lukaşenko qeyd edib ki, onun yalnız yaxşı tanışları var.
Əliyar Xəlil