Şoyqu həmkarı ilə razılaşdı, Rusiya MN elan etdi

Rusiya müdafiə naziri Sergey Şoyqu ilə iranlı həmkarı Məhəmməd Rza Aştiani arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Moskva və Tehran arasında ikitərəfli hərbi-texniki əməkdaşlıq, həmçinin regional təhlükəsizlik məsələlərinin müzakirə edildiyi bildirilib.

Şoyqu qeyd edib ki, Moskva və Tehran çoxqütblü dünya yaratmaq üçün birgə səylərini artırır.

Rusiya Müdafiə Nazirliyi İranla mühüm müqavilənin imzalandığını elan edib.

Əliyar Xəlil
Globalinfo.az