WhatsApp Image 2025 11 17 at 11.14.34

“Ermənistanın öz maraqları var. Rusiya-Ukrayna müharibəsini başa düşürük, kiçik ölkə olduğumuzu da anlayırıq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Həmişə belə olub: böyük dövlətlər kiçik ölkələri siyasi müzakirələrin və ticarətin predmetinə çevirirlər. Təəssüf ki, reallıq belədir. Amma kim deyib ki, bizim öz mövcudluğumuzu qorumaq hüququmuz yoxdur? Kim deyib ki, biz özümüzü xilas etməməliyik?

Nə üçün mən üzr istəyirəm, Ermənistanı Rusiya-Ukrayna müharibəsinin qurbanlıq qurbangahına qoymalıyam?

Mən bununla razı deyiləm və düşünürəm ki, burada heç kim Ermənistanın gedib özünü qurban verməli olduğu fikri ilə razılaşmaz.

Sadəcə ona görə ki, onlar müharibə aparırlar”.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: