Alen Simonyan 900x556 2

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Türkiyə ilə münasibətlərin normallaşdırılmasının vacibliyindən danışıb.

Globalinfo.az xəbər verir ki, o, Ermənistanın təhlükəsizliyinin yalnız hərbi güclə deyil, müharibə risklərinin aradan qaldırılması və qonşularla iqtisadi əlaqələrin qurulması ilə təmin olunmalı olduğunu bildirib.

Simonyan, Türkiyə ilə mümkün müharibəni sual altına alaraq, 70 il ərzində ermənilərə aşılanan “Rusiyadan yapışmalıyıq, yoxsa türklər bizi məhv edəcək” düşüncəsinin reallığı əks etdirmədiyini vurğulayıb.

TRIPP layihəsinə toxunan erməni rəsmisi onun iqtisadi və diplomatik əhəmiyyətini xüsusi vurğulayıb.

Bildirib ki, Ermənistan-ABŞ iqtisadi layihəsi İran sərhədindən təxminən 15 metr məsafədən keçəcək və onun əhəmiyyəti yalnız Ermənistan deyil, ABŞ, İran və bütövlükdə regionun maraqları baxımından qiymətləndirilməlidir.

Paylaş: