raket

İran raketlərin uçuş məsafəsinə qoyulan məhdudiyyətləri aradan qaldırıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmi nümayəndəsi Hüseyn Möhəbi ISNA agentliyinə açıqlamasında bildirib.

“Bu məhdudiyyətlər artıq bizim üçün qüvvədə deyil. Lakin biz hələ də bu imkanlarımızı praktikada nümayiş etdirməliyik”, – deyə Möhəbi bildirib.

Bir neçə gün əvvəl İranın “IRINN” dövlət televiziya kanalının efirində Avropa ölkələrinin və Ukrayna şəhərlərinin ərazisinə mümkün raket zərbələrini əks etdirən xəritə nümayiş etdirilib.

Xəritədə Kiyev, Odessa, Lvov, eləcə də Polşanın Jeşuv şəhəri göstərilib. Müvafiq qrafik materialı belə bir yazı müşayiət edib: “Raketlərimiz Avropaya çatacaq və biz Amerika imperialistlərini və onların müttəfiqlərini məhv edəcəyik”.

Oktyabrın 31-də İranın ali dini lideri Müctəba Xamenei hərbçilərə istənilən təhdidə qətiyyətlə cavab vermək barədə göstəriş verib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: