Agstafa s%C9%99hid ail%C9%99l%C9%99ri il%C9%99 gorus 1 scaled

8 Noyabr Zəfər Gününün altıncı ildönümü ərəfəsində təşkil olunan görüşdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, məsul şəxslər və şəhidlərimizin ailə üzvləri iştirak ediblər.

Globalinfo.az bildirir ki, əvvəlcə Dövlət Himnimiz səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirələri böyük hörmət və ehtiramla yad edilib.

RİH başçısı çıxış edərək, şanlı Qələbənin minlərlə qəhrəman Vətən övladının canı və qanı, əsgər və zabitlərimizin igidliyi və fədakarlığı sayəsində əldə olunduğunu bildirib, onların keçdikləri şərəfli döyüş yolunun, Vətən qarşısında göstərdikləri mərdliyin xalqımızın qəlbində əbədi olaraq qürur və iftixar hissi ilə yaşayacağını vurğulayıb. 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan xalqı öz rəhbəri Prezident İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək həm Ulu Öndər Heydər Əliyevin tarixi vəsiyyətini yerinə yetirdi, həm də şəhidlərin qanını yerdə qoymadı. Bu sarsılmaz birlik Azərbaycanımızı öz azadlığı, müstəqilliyi və suverenliyinə əbədi olaraq qovuşdurdu. Bu gün hər birimiz qürurla deyirik: Ruhunuz şaddır, Vətən bütövdür, canınızdan əziz bildiyiniz torpaqlar azaddır!

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin sədri Elvira Əfəndiyeva çıxışında qeyd edib ki, biz bu gün azad və qalib ölkənin vətəndaşları olaraq başımızı dik tuturuqsa, bunu şəhidlərimizin müqəddəs ruhuna və qazilərimizin rəşadətinə borcluyuq. Şəhidlərimizin əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq, qazanılan möhtəşəm Zəfər isə gələcək nəsillərə hər zaman yol göstərən bir məşəl olacaqdır.

Görüşdə iştirak edən şəhidlərimizin valideynləri  Vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən qəhrəmanların ailələrinə, canını fəda etməyə hazır olan qazilərimiz və müharibə iştirakçılarına göstərilən yüksək diqqət, hərtərəfli qayğı və sonsuz ehtirama görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Agstafa s%C9%99hid ail%C9%99l%C9%99ri il%C9%99 gorus 2 scaled Agstafa s%C9%99hid ail%C9%99l%C9%99ri il%C9%99 gorus 3 scaled Agstafa s%C9%99hid ail%C9%99l%C9%99ri il%C9%99 gorus 5 scaled Agstafa s%C9%99hid ail%C9%99l%C9%99ri il%C9%99 gorus 6 scaled Agstafa s%C9%99hid ail%C9%99l%C9%99ri il%C9%99 gorus 8 scaled Agstafa s%C9%99hid ail%C9%99l%C9%99ri il%C9%99 gorus 9 scaled Agstafa s%C9%99hid ail%C9%99l%C9%99ri il%C9%99 gorus 10 scaled Agstafa s%C9%99hid ail%C9%99l%C9%99ri il%C9%99 gorus 11 scaled

Paylaş: