shefa araz

Misli Premyer Liqasının XI turunda “Şəfa” “Araz-Naxçıvan” komandası ilə üz-üzə gəlib.

Globalinfo.Az xəbər verir ki, autsayderlərin qarşılaşmasında bərabərlik qeydə alınıb – 2-2.

“Şəfa” 5 xalla turnir cədvəlində onbirinci sırada yer alır. 4 xalı olan “Araz-Naxçıvan” isə sonuncu – onikincidir.

Qeyd edək ki, turun ötən gün keçirilən matçlarında “Turan Tovuz” “Qarabağ“ı, “Neftçi” isə “Kəpəz”i 1-0 hesabı ilə məğlub edib.

Paylaş: