Rusiyanın tanınmış aktrisası Lidiya Fedoseyeva-Şukşina 88 yaşında dünyasını dəyişib.
Globalinfo.az xəbər verir ki, aktrisanın vəfatı barədə qızı Mariya Şukşina məlumat verib.
Bildirilib ki, onun ölümünə ürək çatışmazlığı səbəb olub.
Qeyd edək ki, Fedoseyeva-Şukşina “Peçı-lavoçki” və “Kalina krasnaya” filmlərindəki rolları ilə böyük şöhrət qazanmışdı.