zelenski8

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinin nizamlanması ilə bağlı irəli sürdüyü “böyük saziş” ideyasına ehtiyatla yanaşdığını bildirib.

Globalinfo.az xəbər verir ki, o, bu barədə CNN telekanalına müsahibəsində danışıb.

Zelenski təklif olunan razılaşmanın bütün detallarından xəbərdar olmadığını, lakin onun mümkün nəticələrinin narahatlıq doğurduğunu deyib.

“Düzünü desəm, mənim üçün bu, sadə məsələ deyil və təhlükəli ola bilər”, – deyə Ukrayna Prezidenti bildirib.

Zelenskinin sözlərinə görə, hazırda müharibənin dayandırılması ilə bağlı müxtəlif təkliflər müzakirə olunur.

O, ilk növbədə Ukraynada atəşkəsin əldə edilməsinin, daha sonra isə gərginliyin azaldılması istiqamətində addımların atılmasının tərəfdarıdır.

Xatırladaq ki, noyabrın 5-də Donald Tramp Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevlə görüşündən sonra Ukrayna ilə bağlı böyük sazişin əldə olunmasının mümkünlüyünü açıqlayıb. Tramp belə bir razılaşmanın Ukrayna ilə yanaşı, bütün Avropanı da əhatə edə biləcəyini bildirib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: