Zahid Oruc Gədəbəy hadisələri haqda: “Toxunulmaz qruplar və sabiqlərin müqaviməti”

Azərbaycan respublikası Baş Prokurorluğu və İnsan Hüquqları üzrə müvəkkil institutunun birgə təşkil etdiyi “Biznes və İnsan Hüquqları kontekstində şəffaflığın təmin olunması” adlı konfrans keçirilib.

Globalinfo.az xəbər verir ki, yerli və beynəlxalq qonaqların iştirak etdiyi tədbirdə iştirak edən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc məruzə ilə çıxış edib. Onun nitqini sizə təqdim edirik:

“Biz adətən müxtəlif iqtisadi və ya siyasi binalarda ənənəvi forumlarla-görüşlər keçiririk, indi isə  daha çox sərt hüquqi qərarlar çıxarılan Antikorrupsiya İdarəsində son dərəcə əhəmiyyətli bir müzakirələrə toplaşmışıq. Ona görə də hörmətli Baş Prokuror Kamran Əlyevə dərin təşəkkürlərimizi bildirərkən, ölkəmizin iqtisadi və siyasi gələcəyi üçün belə tədbirlərin əhəmiyyətini xüsusi qeyd etməliyik.

Mövzuya gəldikdə, bir qədər yaxın dövrün əsas iqtisadi və siyasi qərarlarını xatırlatmaqda fayda olduğunu düşünürük. Bildiyiniz kimi, 2019-cu il Prezident İlham Əliyevin dövlət idarəçiliyi sahəsində genişmiqyaslı və sərt addımları ilə yadda qaldı. Biz əvvəlcə onu ənənəvi islahatların davamı sayırdıq və elə də adlandırdıq. Çünki struktur və kadr dəyişiklikləri müxtəlif illər üzrə intensivlik dərəcəsindən asılı olaraq, həmişə aparılıb. Lakin ölkə rəhbəri faktiki olaraq, əvvəlcə hökumətdə, daha sonra Prezident Administasiyasında, ardınca mətbuat və partiyalarla münasibətlər sferasında sistemli dəyişikliklərdən sonra iqtisadi və biznes mühitinin yenilənməsi istiqamətində təsirli tədbirlər gördü. Əlbəttə,  yeni keyfiyyət mərhələsinə keçid yeni elitanın formalaşmasını tələb edirdi, ona görə də birinci şəxsin liderliyi ilə yeni Hakimiyyət quruculuğu 21-ci əsrin tələblərinə və çağırışlarına uyğun çalışan komanda adlandırıırdı.

Dövlət idarəçiliyinin yeni siyasi zəmini həm mərkəzi, həm də yerli icra orqanlarını əhatə etməklə, yüksək təhsilli və mütərəqqi şəxslərin mühüm vəzifələrə təyinatı, islahatlara müqavimət göstərən qüvvələrin vəzifədən kənarlaşdırılması fonunda baş verdi. İndi tam məsuliyyətlə demək olar ki, 2019-cu ildə başlayan və bütün hakimiyyət qollarını əhatə edən yenilənmələr təkcə iqtisadi-siyasi nəticələr doğurmadı, həm də 44 günlük müharibədə qazanılan hərbi qələbədə də mühüm rol oynadı. Lakin biz iqtisadi sferada məmur burjuaziyası və siyasi idarəedənlərlə iqtisadiyyatın bir-birindən ayrılması, hesabatlılıq və şəffaflığın artırlması sahəsində həyata keçirikən tədbirləri xüsusi vurğulamağa ehtiyac görürük. Belə ki, korrupsiyanın əsas mənbəyi dövlət büdcəsi və hökumətin müxtəlif nazirlikləri, nazirləri çevrəsində baş verdiyindən ölkə rəhbəri sərt tədbirləri məhz o sahəyə yönəltdi. Prezident yeni dövrdə mütərəqqi qayda və prinsiplərin əsas təşəbbüskarı və memarı kimi çıxış edirdi. Sosial Tədqiqatlar Mərkəzinin həmin dövrdə keçirdiyi sorğuların nəticələri göstərirdi ki, ictimaiyyət  Prezidentin Yeni Hakimiyyət quruculuğunu  siyasətini xalqın rəyini nəzərə alınması kimi qəbul edir. Rəyi öyrənilənlərin 52,1%-i tamamilə, 35,9%-i əsasən bu qərarlardan razı olduğunu bildirirdi. Dövlət başçısının öz iş otağından-İstiqlaliyyət küçəsi 19-dan müxtəlif ranqlı  qəbulların, təyinatların və görüşlərin efir məkanına  verilməsi, mərkəzi və yerli icra orqanı məmurlarına ictimaiyyətin gözü qarşısında çağırışlar edilməsi və tapşırıqlar verilməsi onların icrası baxımından cəmiyyətdə yeni idarəçilik üslubu kimi qəbul edildi. Lakin iqtisadiyyatda dövlətin və məmurun rolunun azaldılması uzunmüddətli prosesdir və ya əksinə, cəmiyyətin dövlət quruculuğunda rolunun artırılması xeyli zaman tələb edir.

Beləliklə, yeni iqtisadi və sahibkarlıq kursuna dair ölkə rəhbəri son dərəcə sərt açıqlamalarını  2019-cu ilin 23 oktyabr müşavirəsində söyləmişdi. Sitat:

“Çalışmalıyıq elə bir şərait yaradaq ki, hər bir istedadlı insan, biznesə meyli, həvəsi olanlar məmur təzyiqindən, müdaxiləsindən azad olsunlar. Sahibkarlara yönəlmiş çirkin əllər kəsilsin. Bəzi hallarda dövlət məmurları, yerli icra orqanlarının rəhbərləri, nümayəndələri imkan vermirlər çalışmağa, xüsusilə bölgələrdə. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Belə adamlara qarşı çox ciddi tədbirlər görüləcəkdir. Hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar…Belə yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcəkdir. Ona görə biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Vergidən başqa heç bir ödəniş ola bilməz”. Bu fikirləri üzərindən iki il sonra 14 sentyabr 2021-ci il müşavirəsində də dövlət başçısı tərəfindən sərt şəkildə təkralanmışdı. Gəlin həmin bəyanatı bir daha dəyərləndirək.Sitat: ”Əfsuslar olsun ki, bəzi rayonlarda sahibkarlar incidilir, onlar qarşısında süni əngəllər yaradılır, onlardan yerli icra orqanları tərəfindən rüşvət, pay tələb olunur. Buna qətiyyən yol vermək olmaz və bu məsələlərə çox ciddi nəzarət olmalıdır. Sahibkarlar dövlət məmurları tərəfindən yalnız dəstək, kömək görməlidirlər və sahibkar ancaq dövlətin vergisini ödəməlidir. Bundan başqa heç kimə heç bir vəsait ödənilməməlidir”.

Belə sərt siyasi iradədənin nəticələri özünü çox gözlətmədi. 8 rayon rəhbəri, daha sonra ali icra hakimiyyəti və hökumətin yuxarı eşalonlarında korrupsiya hüquqpozmalarında günahlandırılan şəxslərin həbsinə gedildi, dövlət satıanalmlarının şəffaflığı sahəsində mühüm addımlar atdıldı və məmurların iqtisadiyyatda çəkisi xeyli azaldıldı. Lakin onu da qeyd edək ki, biznes əxlaqı adlandırılan fenomen sübut edir ki, bu sahədə sahibkarlıq mədəniyyəti, intizamı və ölkə rəhbərinin kursuna adekvat fəaliyyət dərhal baş vermədi. Ona görə də prezident 2020-ci ilin 4 fevral tarixində bəyan edirdi ki, sitat: “Elə etməliyik ki, bütün manipulyasiyalar, saxtakarlıqlar, kassadan kənar ödəmələr qıraqda qalsın. Bəyan edilməmiş yüklərin gətirilməsi, yükün içində bir məhsul ola-ola başqa məhsulun bəyan edilməsi durdurulsun – bütün bunları dövlət orqanları bilir və  sadəcə olaraq, bəziləri göz yumur, sövdələşirdilər.”

Tam əsaslı fikrilərdir və strateji iqtisadi yol xəritəsi mahiyyəti daşıyan tələbdir. Həmin dövrdə keçirilən rəy sorğuları sübut edirdi ki, Prezidentin iqtisadi inkişafın təmin edilməsi üçün həyata keçirdiyi siyasətə  cəmiyyətin  dəstəyi yüksəkdir. Belə ki, 50,7% respondent tam səmərəli, 37,1% respondent tərəfindən əsasən səmərəli kimi dəyərləndirilirdi.

Qeyd edək ki, təkcə 2018-2020-ci illər ərzində Prezident Administrasiyasında 3 mühüm, eləcə də Hökumətdə Baş nazir və onun ümumilikdə 5 müavini, 5 şöbə müdiri, 15-dən artıq nazir və komitə sədri, onların 25-dən artıq müavini, Baş prokuror, rayon prokurorları və hərbi prokurorlar, Daxili İşlər Nazirliyinin onlarla idarə və bölmə rəisi, yüzlərlə polis əməkdaşı, 30-dan çox hakim və məhkəmə sədri, Dövlət Gömrük Komitəsinin, Vergilər Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Miqrasiya Xidmətinin strukturlarında müxtəlif rəhbər şəxslər tutduqları vəzifələrdən kənarlaşdırılmışdı,  yaxud digər vəzifələrə təyin olunmuşdular. Nazirlik, komitə, xidmət kimi 31 mərkəzi icra hakimiyyəti orqanının 16-na yeni rəhbər təyin edildi. 2018-2020-ci illər ərzində 42 inzibati rayonda yerli icra hakimiyyəti başçıları dəyişdirilib.

Təəssüflər olsun ki, bir sıra beynəlxalq iqtisadi hesabatlarda və indekslərdə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə adekvat münasibəti yoxdur..Doing Business hesabatının son aqibəti isə sizə bəllidir.

Beləliklə, hesabatlılıq və effektiv nəzarət mexanizmləri yaratmadan biznesin inkişafına və dövlət büdcəsindən ayrılan vəsaitlərin ünvanlı və səmərəli xərclənməsinə nail olmaq mükün deyil. İnkarolunmaz faktdır ki, 2019-cu ildən etibarən “kölgə” iqtisadiyyatın azaldılması təşəbbüsləri və şəffaflığın təmin olunması əsas dövlət siyasətinə çevrildi. Gömrük və Vergi sistemində kardinal dəyişikliklər şəffaf statistikaya, böyük büdcə daxil olmalarına səbə oldu. İndi bu sualı hökümət, biznes təmsilçiləri və vətəndaş cəmiyyəti arasında açıq dialoq mühitində korrupsiya ilə mübarizə tədbirlərinin gücləndirilməsi, dövlət və biznes idarəçiliyi sahəsində dürüstlüyün artırılması növbəti addımlara təkan verməlidir.

Vətən müharibəsində Qələbədən sonra dürüstlük və şəffaflıq dövlət-özəl sektor dialoqunun gücləndirilməsi, istər daxili, istərsə də xarici investorların önünü açılması baxımından əhəmiyyətlidir. İstənilən xarici şirkət azad torpaqlarda həyata  keçirilən yeni iqtisadi siyasət əsasında qərar qəbul edəcək ki, bizimlə işləsinlər, yoxsa yox.

Bu təsbit ictimai-siyasi transformasiyaları dəyərləndirmə üzrə qlobal reytinq agentliyi olan “Bertelsman Transformasi İndeksi” də təsdiqləyir: “Azərbaycanın gələcəyi və elitanın uzunmüddətli perspektivləri islahatların gedişindən asılıdır”. Lakin bir daha vurğulayırıq ki, xalqın rəyi islahatlara hər hansı qüvvənin mane ola bilməyəcəyindən ibarətdir. “Toxunulmazlar qrupu” və ya “sabiqlərin müqaviməti” adı ilə ictimai fikrə ötürülən tezislərin reallıqla heç bir əlaqəsi yoxdur.

Qarabağın quruculuğu ölkəmizin bütün coğrafiyasında və iqtisadi fəaliyyət sferasında  özü bir model olacaqdır. Bu günlərdə Gədəbəy rayonunda xarici bir kompaniyanın fəaliyyəti zəminində lokal bir etiraz tədbirinin ölkənin strateji və taleyüklü milli məsələlərini əvəzləmək üçün edilən cəhdlər fonunda dövlət başçısının çevik qərarları müvafiq araşdırma komissiyasının yaradılması və əhali ilə intensiv, birbaşa, açıq dialoqun, təmasların həyata keçirilməsi istər xarici investisiyalı, istərsə də daxili biznes subyektlərinin təkcə korrpusiya ilə bağlı deyil, həm də sosial məsuliyyət daşıdıqlarını sübut edir.

Beləliklə, yekunda bir daha vurğulayaq ki, yeni siyasi elitanın institusionallaşması və yeni biznes mühitinin bərqərar olması sadə və qısamüddətli məsələ deyil. Vahid komandaya çevrilmə və ümumi maraqların birliyini təmin etmək üçün sistemli, gərgin çalışmalara ehtiyac var. Dövlət rəhbərinin siyasi komandası qarşısında qoyduğu tələblər hamıya aydındır. Prezidentin yüksək siyasi nüfuzu və xarizması Yeni elitanın dövlətçilik şüurunun, ictimai xidmət və məsuliyyətinin atrıtılmasında müstəsna resursdur, onların hər birinin yeni kimlik daşıyıcısı kimi cəmiyyətin iqtisadi-sosial ehtiyaclarını və gözləntilərini həll edilməsində əvəzsiz dayaqdır, qüvvədir. Ona görə də Vətən müharibəsində parlaq Zəfəri iqtisadi qələbələrə çevirmək yeni dövlət siyasətidir.

Diqqətinə görə təşəkkür edirik”.

Globalinfo.az