Avroviziya-2024: Azəbaycan finala çıxa bilmədi

Avroviziya-2024 mahnı müsabiqəsinin birinci yarımfinalına yekun vurulub.

İfalardan sonra səsvermə keçirilib.

Səsvermənin nəticələrinə görə, Azərbaycanın yarışmadakı təmsilçiləri Fahree və İlkin Dövlətov mübarizəni yarımfinalda dayandırıblar.

Finala keçənlər isə Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya və Lüksemburq təmsilçiləri olub.

***

68-ci “Avroviziya-2024” mahnı müsabiqəsinin birinci yarımfinalında Azəbaycan təmsilçiləri səhnəyə çıxıb.

Globalinfo.az xəbər verir ki, Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısını ifa ediblər.

***

İsveçin Malmö şəhərində 68-ci Avroviziya-2024 mahnı müsabiqəsinin birinci yarımfinalı start götürüb.

Globalinfo.az xəbər verir ki, birinci yarımfinalda 15 ölkə çıxış edəcək və onlardan 10-u əsas finala vəsiqə qazanacaq.

Ölkəmizi yarışmada təmsilçilər Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısı ilə təmsil edirlər. Onlar səhnəyə 12-ci sırada çıxacaqlar.

Yarışmanın ikinci yarımfinalı mayın 9-da, final isə mayın 1-də keçiriləcək.