Lukaşenkodan xəbərdarlıq: Dərhal cavab veriləcək

“Belarusa qarşı istənilən hərbi təcavüzə dərhal cavab veriləcək”.

Globalinfo.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

O bildirib ki, Minsk heç bir xətt çəkməyəcək:

“Biz minlərlə kilometr ərazisi olan Rusiya deyilik. Orada hansısa xətt çəkib nəsə gözləmək olar. Rusiyanı asanlıqla ələ keçirmək mümkün deyil. Amma son müharibənin göstərdiyi kimi Belarus bir ay ərzində öz mövcudluğunu dayandıra bilər. İndi proses daha sürətli olacaq. Ona görə də, biz heç bir xətt çəkməyəcəyik. İstənilən təcavüzə dərhal cavab veriləcək”, – deyə Lukaşenko vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az