Putin hökumətin istefasını qəbul etdi – YENİLƏNİB

Putin Rusiya hökumətinin istefasını qəbul edib.

Globalinfo.az xəbər verir ki, o bununla bağlı sərəncam imzalayıb.

Yeni hökumət tərkibi təsdiqlənənə qədər o, səlahiyyətlərini icra edəcək.

***14:14

Rusiya Federasiyası hökuməti istefa verib.

Globalinfo.az xəbər verir ki, Mixail Mişustin Rusiyanın hökumətin istefası haqqında fərman imzalayıb.

***10:15

Rusiya Prezidenti Vladimir Putin prezident seçkisində qalib gəldikdən sonra bu gün and içəcək və yeni dövrdə səlahiyyətlərinin icrasına başlayacaq.

Globalinfo.az bildirir ki, inaqurasiya mərasimi Moskva vaxtı ilə saat 12:00 radələrində (Bakı vaxtı ilə saat 13:00-da) Kremldə başlayacaq.

Məlumat üçün əlavə edək ki, V.Putin and içdikdən sonra indiki Rusiya hökuməti də istefa verəcək.