İsrailin Rafaha hücumuna Türkiyədən SƏRT Reaksiya

“HƏMAS-ın atəşkəs təklifini qəbul etməsindən bir gün sonra İsrailin Rafah şəhərinə qurudan hücum etməsi rəsmi Təl-Əvivin vicdanlı davranmadığını göstərir”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli deyib.

O bildirib ki, İsrail dərhal qoşunlarını şəhərdən geri çəkməlidir.

“Qəzzada dağıntı və qırğına son qoymağa yönələn bu cür müsbət irəliləyişlər fonunda İsrailin belə bir addım atması yolverilməzdir. Rafahdakı status-kvo və sərhəd keçidi gec olmadan bərpa edilməlidir. Rafaha hücum təkcə regiona deyil, bütün dünyaya təsir edəcək. İsrail dərhal Rafah sərhəd-keçid məntəqəsinin Qəzza tərəfindən geri çəkilməlidir”, – Keçeli vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az