Çinli professor: Bu halda Pekin və Vaşinqton qarşıdurması kəskinləşəcək

“Trampın qələbəsi ABŞ və Çin arasında qarşıdurmanın kəskinləşməsinə səbəb olacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Tsinxua Universitetinin beynəlxalq münasibətlər fakültəsinin dekanı Yan Xuetonq deyib.

O bildirib ki, ABŞ və Çin arasındakı mövcud rəqabət “gözə göz, dişə diş” prinsipi ilə aqressiv siyasətə çevrilir.

“Əgər Tramp qarşıdan gələn seçkilərdə qalib gəlsə, Çin və ABŞ arasında iqtisadi sferada daha çox münaqişələr olacaq. Vaşinqtonun aqressiv siyasəti istər-istəməz Pekinlə qarşıdurmanın artmasına gətirib çıxaracaq və Trampın anti-Çin ritorikası bu prosesi sürətləndirəcək. Bu halda Çindən idxal olunan bütün mallara 60 faiz rüsum tətbiq ediləcək”.

Yan Xuetonqun fikrincə, ABŞ və Çin arasında mövcud rəqabət xüsusilə iqtisadiyyatın yüksək texnologiyalı sektorlarında özünü göstərir. Belə şəraitdə yeni “soyuq müharibənin” başlanmasının qarşısını almaq lazımdır.

Müşviq Tofiqoğlu
Globalinfo.az