Nebahat Çehre ürəyindən əməliyyat olundu – FOTOLAR

“Aşkı Memnu” serialında Firdevs obrazını canlandıran məşhur aktrisa Nebahat Çehre xəstəxanaya yerləşdirilib və ürəyinə stent qoyulub.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Aktrisanın meneceri Selçuk Kaya sosial media hesabında hazırda onun vəziyyətinin normal olduğunu açıqlayıb: “Dəyərli aktrisamız Nebahat Çehrenin vəziyyəti yaxşıdır. Hazırda öz evində istirahət edir”.

Qeyd edək ki, 80 yaşlı aktrisa 1961-ci ildən bəri bir çox film və seriallarda rol alıb.