Rusiya Ermənistanı tərk etsə, onminlərlə erməni… – Bablumyan

“Ermənistan-Rusiya münasibətləri çətin dövrlərdən keçir. Qərb “demokratiyası” artıq havaya uçub. ABŞ-ın cəlbediciliyi azalıb. Amerika demokratiyasına inam ən aşağı səviyyədədir və xaricdəki təlimatçıların rəhbərliyi altında parlaq gələcəyə ümid yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu fikirlər “Sputnik Ermənistan”ın analitik yazarı Sergey Bablumyanın məqaləsində yer alıb.

Müəllif bildirir ki, son vaxtlara qədər Ermənistanda Rusiya ilə birgə addımlayırdılar.

“Lakin İrəvan Ermənistandakı Rusiya hərbi mövcudluğunu azaltmağı öhdəsinə götürdü. Beləliklə, 2020-ci ildə erməni tərəfinin xahişi ilə rus hərbi qulluqçularının yerləşdirildiyi sərhəd zonasından çıxarılmasının zəruriliyi bəyan edildi. Ermənistan rəhbərliyinin başqa ölkələrin paytaxtlarına sonsuz səfərlərini görməmək çətindir. Burada pul, kredit, silah-sursat məsələləri mühüm rol oynayır. Necə deyərlər, bu, biznes məsələsidir. Son bir il ərzində biz Ermənistanın Rusiya ilə münasibətləri pozmağa yönəlmiş addımlar atdığını görürük. Yalnız rus qoşunları Ermənistanı tərk etsələr, bu halda onlarla bərabər onminlərlə erməni də gedəcək. Ümid edirəm ki, Afrikadan qovulan fransız əsgərləri Ermənistana gəlib, onun maraqlarını müdafiə edəcəklər. İnanmaq çətindir. Düzünü desəm, mən buna qətiyyən inanmıram”, – müəllif vurğulayır.

Müşviq Tofiqoğlu
Globalinfo.az