Netanyahu Rəfaha hücumdan danışdı: “HƏMAS-ın son atəşkəs təklifi…”

“HƏMAS-ın təklifi İsrailin tələblərindən çox uzaqdır”.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“HƏMAS qruplaşmasının son atəşkəs təklifi İsrail ordusunun Rafaha daxil olmasını sabotaj etmək məqsədi daşıyır. Lakin bu, baş vermədi”, – Netanyahu vurğulayıb.

Bu arada İsrailin müdafiə naziri Yoav Qalant bildirib ki, HƏMAS məhv edilənə və Qəzza zolağında radikallar tərəfindən saxlanılan girovlar azad edilənə qədər müharibə davam edəcək.

“HƏMAS yalnız güc dilindən anlayır. Ona görə də biz addımlarımızı gücləndirəcəyik və hərbi təzyiqi davam etdirəcəyik. Bu, HƏMAS təşkilatının məhv olmasına gətirib çıxaracaq”, – Qalant vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az