Çin liderindən NATO açıqlaması: Bunu heç vaxt unutmayacağıq

“NATO-nun Belqraddakı Çin səfirliyini bombalamasını heç vaxt unutmayacağıq”.

Globalinfo.az xəbər verir ki, bunu Çin prezidenti Si Szinpin Serbiyanın “Politika” qəzetinə müsahibəsində deyib.

“İyirmi beş il əvvəl NATO Çinin Yuqoslaviyadakı səfirliyini vəhşicəsinə bombaladı və üç çinli jurnalisti öldürdü. Biz bunu heç vaxt unutmamalıyıq. Bir daha belə faciəvi hadisənin yaşanmasına imkan verməyəcəyik”, – Szinpin bildirib.

Qeyd edək ki, 1999-cu ildə NATO-nun Yuqoslaviyanı bombalaması zamanı üç çinli jurnalist həlak olub. Həmin vaxt Ağ Ev  hadisəni səhv adlandırıb.

Bu hadisə Çində Amerika əleyhinə etirazlara səbəb olub və Pekinin ABŞ-ın rəhbərlik etdiyi təşkilatlara inamsızlığını daha da artırıb.

Xatırladaq ki, Si Szinpin 5 ildə ilk dəfədir ki, Avropaya səfər edib. Onun ilk səfəri Fransaya olub. Daha sonra Çin prezidenti Serbiya və Macarıstana səfər edəcək.

Müşviq Tofiqoğlu
Globalinfo.az