Bu mənim ən böyük uğursuzluğumdur – Paşinyan

“44 günlük müharibə mənim ən böyük uğursuzluğum oldu”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirilən mətbuat konfransında deyib.

Paşinyan bildirib ki, Qarabağda müharibə qaçılmaz idi:

“Qarabağda vəziyyət 2018-ci ildən dalana dirənmişdi. Müharibə faciəvi oldu, amma baş verməsi qaçılmaz idi. Ən böyük uğurum isə odur ki, erməni xalqının fəlakətlərinin öhdəsindən gələrək gələcək gördüyüm yerə çatdırdım. Bu gün mən dalana dirənən məsələlərin həll edildiyini düşünürəm”.

Ayşən Mustafa
Globalinfo.az