Yusif Mustafayev toyda başına gələndən danışdı – VİDEO

Əməkdar artist Yusif Mustafayevin iştirak etdiyi toyun yarımçıq dayanmasına dair görüntülər yayılıb.

Globalinfo.az-a danışan Y.Mustafayev bildirib ki, məclisin yarımçıq dayandırılmasına səbəb hava şəraiti olub. Güclü dolu yağdığı üçün, məclis dağılıb.

Müğənninin sözlərinə görə, məclis İmişli rayonunda keçirilib:

“Toy İmişli rayonunun Qızılkənd kəndində idi. Toyun yarımçıq dayandırılmasını deməzdim. Artıq məclis demək olar ki, bitirdi, anidən dolu yağmağa başladı. Bu, təbii fəlakətdir. Onu kim və niyə paylaşıb, anlamıram. Artıq adam həyətə düşməyə də ehtiyat edir ki, birdən kimsə çəkib paylaşar”.

Leyla Əlisoy
Globalinfo.az