Uçuş başladı, İran nazirinin yadına Zəngəzur düşdü

Ermənistanın “Fly One Armenia” aviaşirkəti İrəvandan Tehrana birbaşa uçuşlara başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, İran və Ermənistan “Araks-Mehri” birgə azad iqtisadi zonası yaradacaq.

İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, Tehran Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir.

Qeyd edək ki, son illərdə İran rəsmiləri hər fürsətdə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxaraq, regionda guya Ermənistanın təhlükəsizliyinə təhdid olduğunu, bunun qarşısını alacaqlarını iddia edirlər.

Zaira Akifqızı
Globalinfo.az