Abdullahian İsrail və Qərb dövlətlərini təqsirləndirdi

İsrail və bəzi Qərb siyasətçiləri İranda ölkənin dağılmasına səbəb olacaq vətəndaş müharibəsi təşkil etməyi planlaşdırırdılar.

Globalinfo.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian tvitter-də bildirib.

“İsrail rejimi, eləcə də bir sıra Qərb siyasətçiləri İranda vətəndaş müharibəsi təşkil etməyə çalışdılar ki, guya, bu da dövlətin dağılmasına gətirib çıxarmalıydı. Lakin onlar başa düşməlidirlər ki, İran Liviya və ya Sudan deyil”, – nazir yazıb.