vqr

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanov tərəfindən TƏBİB tabeliyində fəaliyyət göstərən Yeni Klinikanın direktoru Barat Yusubov və direktor müavinləri – Somatika və insult mərkəzinin rəhbəri Pərvin Əkbərov, Cərrahiyyə və transplantasiya mərkəzinin rəhbəri Eldar Əhmədov kollektivə təqdim olunub.

Bu barədə Globalinfo.az-a TƏBİB-in Mətbuat Xidmətindən məlumat verilib.

Təqdimetmə mərasimində çıxış edən V.Qurbanov Barat Yusubovun, Pərvin Əkbərovun, eləcə də Eldar Əhmədovun səhiyyə sahəsində uzunmüddətli, səmərəli fəaliyyət göstərdiyini vurğulayıb.

O, yeni təyinatların Yeni Klinikanın müasir tələblərə daha da uyğun olaraq inkişaf etdirilməsində mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını bildirib.

“Qafqazın ən böyük tibb müəssisəsi olan Yeni Klinikada daha geniş spektrli tibbi fəaliyyət nəzərdə tutulub, qısa müddətdə burada çoxprofilli mərkəzlər yaradılaraq əhalinin istifadəsinə veriləcək”.

İcraçı direktor TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinin, strukturun və idarəetmənin təkmilləşdirilməsinin bundan sonra da davam etdiriləcəyini qeyd edib.

1689661223 646e2033733e9f821c1e4e41d27002d6untitled 1 jpg581ffdc85f56c8262f4cd88fb60c20828c0430dc 2da2 3f92 9c8c 1a1748af5520 jpg26f9bbd0e9448a3e60a5448dce78fdc90157d4d1 de30 3e9b 895e d0f67d0ed2a9 jpg0fae7fc342c34f312896334974e6d2c9911e7e33 4c42 3b5d 8bb7 f0b37dc81ee7 jpgf2fb4b493e2c13dd4c6682c5a3f31993b0810295 ad2f 3641 a0b7 42031a260db1 jpgbb1a68315073f211761fd6033d0e389bd2431aad 42e9 3307 ad79 ce284188c1c8 jpg

Paylaş: